Biznesin restruktrizasiyası

Biznesin restruktrizasiyası

Dinamik inkişaf edən cəmiyyət və dünyada baş verən qlobal dəyişikliklər bütün bunların fonunda yaranan qeyri-müəyyənlik şəraitində müəssisənin idarə edilməsinin ən müasir və effektiv vasitələrindən biri strateji idarəetmədir. Təcrübə onu göstərir ki, kompleks strateji planlaşdırma və idarəetməni düzgün həyata keçirən müəssisə digərlərinə nisbətən daha səmərəli fəaliyyət göstərir. Strategiya müəssisənin məqsədlərini və həmin məqsədlərə daha tez çatma yollarını müəyyən edir. Təbii ki, bu birbaşa müəssisənin fəaliyyət imkanlarının və idarəetmə ilə bağlı qəbul edilən qərarlarının sərhədlərini müəyyənləşdirir. Bu səbəbdən strategiyada baş verən istənilən dəyişiklik biznes fəaliyyətinin bütün tərəflərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Biznesin restrukturizasiyası müəssisənin idarəetmə, marketinq və satış sistemlərinin, maliyyə-iqtisadi siyasətinin, operativ fəaliyyətinin, heyətin idarə edilməsinin təkmilləşdirilməsindən ibarət yenidən təşkil olunması prosesidir. Müəssisənin restrukturizasiyası iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunması vasitəsidir. Biznesin restrukturizasiyasını həyata keçirməzdən əvvəl müəssisənin fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri təhlil olunmalıdır. Həmin göstəricilərə aiddir: müəssisənin fəaliyyətinin nəticələri; kapitalın və işgüzar fəallığın strukturu; likvidlikik və ödəmə. “MİNOR BUSİNESS GROUP” MMC tərəfindən Biznesin restrukturizasiyası ilə bağlı göstərilən xidmətlər:

  • • Şirkətin maliyyə təsərrüfat fəaliyyətinin hüquqi qiymətləndirilməsi;
  • • Şirkətin effektiv korporativ strukturunun hazırlanması;
  • • Şirkətin mərhələli restruktruzasiya planının hazırlanması;
  • • Planlaşdırılan restruktruzasiyanın vergi nəticələrinin qiymətləndirilməsi;
  • • Restruktruzasiya ilə bağlı sənədlər paketlərinin hazırlanması;
  • • Hazır biznesin əldə edilməsi ilə bağlı tədbirlər planının hazırlanması.