Layihələrin realizəsi

Layihələrin realizəsi

Son illər layihələrin maliyyələşdirilməsi məsələləri aktuallıq əldə etmişdir. Layihələrin maliyyələşdirilməsi mexanizminin planlı şəkildə həyata keçirilməsi artıq öz effektivliyini sübut etmişdir. Biz müxtəlif layihələrdə iştirak ilə bağlı sənədləşmənin hüquqi müşayiətini və hazırlanmasını həyata keçiririk. Eyni zamanda bu sahədə çalışan müxtəlif müəssisə və təşkilatlar ilə əməkdaşlıq etməyə hazırıq. “MİNOR BUSİNESS GROUP” MMC konsaltinq şirkəti bank maliyyələşməsi əsasında realizə olan layihələrin sənədləşdirilməsi və müşayiətində əhəmiyyətli təcrübəyə malikdir. “MİNOR BUSİNESS GROUP” MMC layihələrin realizəsinin bütün mərhələlərində (strukturlaşmadan başlayaraq layihə bitənədək) xidmət göstərir:

  • • Layihələrin təşkilati-hüquqi realizə mexanizm sxemlərinin hazırlanması;
  • • Müsabiqə prosedurları ilə bağlı xidmətlərin göstərilməsi;
  • • Müsabiqə prosedurları ilə bağlı normativ bazanın işlənib hazırlanması;
  • • Layihələrin SWOT analizi;
  • • Danışıq və razılaşmalar zamanı müşayiət;
  • • Layihələrin realizə zamanı qanunvericiliklə bağlı konsaltinq.