Mediasiya

Mediasiya

Mediasiya - mübahisələrin bitərəf üçüncü şəxsin vasitəçiliyi ilə və məhkəməyədək həllidir. Bu tərəflərə mübahisələrin məhkəməyə müraciət etmədən daha ucuz məsrəflərlə həllinə şərait yaradır. Mübahisələrin bu formada həlli zamanı iş üzrə heç bir marağı olmayan neytral üçüncü tərəf iştirak edir. Həmin tərəf mediator adlanır. Mediator mübahisə predmeti üzrə mübahisə edən tərəflər arasında anlaşılmazlığı aradan qaldırmağa və ya onların razılığa gəlməsinə köməklik edir. Mediasiyanı bəzən Arbitraj məhkəmələri ilə müqayisə edirlər. Ancaq burada əhəmiyyətli fərqlər mövcuddur. Beləki, Arbitraj məhkəməsi yekunda hakim tərəfindən birtərəfli şəkildə qərar qəbul edir. Mediasiya zamanı isə qərar tərəflərin razılığı əsasında qəbul olunur və qərarın icra məsuliyyəti də onların öz üzərlərinə düşür. Mediasiya zamanı icraat daha çox məntiqi razılaşma və kompramisin əldə olunmasına yönəldilir. Çünki mediasiyanın əsas məqsədi kimin düzgün, kimin təqsirli olduğunu müəyyən etmək deyil, mövcud olan mübahisənin həllidir. Məhkəmədən fərqli olaraq bu zaman tərəflərin emosiyaları, maraqları, problemləri nəzərə alınır və mübahisə real olaraq həll olunur. Ən əsası tərəflərdən hər birinin maraqları qarşılıqlı güzəştlərlə qorunur. Əgər bir tərəf güzəştə gedirsə digər tərəfdən də eyni güzəşt tələb olunur. Buna görə də mediasiya nəticəsində əldə olunan razılaşmalar daha uzunömürlü olur və hadisələrin real vəziyyətinə uyğun gəlir. Məhkəmə prosesi keçmişə, mediasiya isə gələcəyə yönəlir. Bu üsul tərəflər arasındakı barışmazlıq vəziyyətindən çıxmağa imkan verir. Halbuki, məhkəməyə daha uzun zaman sərf olunur və uduzan tərəf narazı qalaraq şikayət edir. Məhkəmədən fərqli olaraq mediasiya zamanı xərclər məhkəmə məsrəflərindən qat-qat aşağı olur. Həmçinin vaxt itkisi və böyük emosional gərginliklər yaşanmır. Mediasiyada yuxarı instansiya məhkəmələrinə şikayət verilmir və ya aylarla qərarların qüvvəyə minməsi gözlənilmir. Mediasiyanın aşağıdakı xüsusiyyətləri vardır:

  • • Fərdilik və məxfiçilik. Mediat zamanı yalnız tərəflərin istədiyi şəxslər prosesdə iştirak edə bilər(maraqlı şəxslər, şahidlər, ekspert, tərcüməçi). Burada açılan informasiya heç yerdə elan oluna bilməz. KİV və ya digər vasitələrlə firmanın nüfuzuna xələl gətirilməsi halı minimuma endirilir. Tərəflər istəsələr mübahisənin həlli şərtlərini gizli saxlayacaqlar(kommersiya sirri).
  • • Antikorrupsiya – hər hansı qeyri-qanuni hərəkətdən şübhələnən şəxs istənilən zaman prosesdən çıxa bilər. Buna görə tərəflər bir-birinə hörmət edərək korrupsiya halına yol vermirlər.
  • • Məcburi qərarların olmaması. Mediasiya zamanı mübahisəni tərəflər özləri həll edir. Bu mübahisəni narazılıq olmadan həll etməyə imkan verir. Nəticədə mübahisə edən tərəflər arasında razılıq əldə olunur və onlar gələcəkdə də əmakdaşlıq edə bilirlər.
  • • Qərarların könüllü icrası. Mediasiya zamanı qərarlar könüllü formada icra olunur. Nəticədə mənfi itkilər yaranmır (tərəflərin bir-birilərinin acığına edə biləcəkləri). Hətta tərəflər yeni partnyor münasibətləri qura bilərlər.
“MİNOR BUSİNESS GROUP” MMC olaraq peşəkar hüquqşünaslarımızla Sizin mübahisələrin həllinə köməklik göstərəcəyik.