Tender xidmətləri

Tender xidmətləri

Tender - malların çatdırılması, xidmətin göstərilməsi və ya işlərin yerinə yetirilməsi üçün öncədən elan olunan sənədlərdə, müəyyən edilən şərtlər və müddət daxilində ədalətlilik, səmərəlilik prinsiplərinə riayət etməklə rəqabətli formada təkliflərin seçimidir. Müqavilə tenderin qalibi ilə şərtlər toplusunda (Bid Data Sheet) olan tələblərə cavab verən, ən yaxşı şərtləri təklif edən iddiaçı ilə bağlanır. Hərraclardan fərqli olaraq, burada iddiaçılar rəqiblərin təklif etdiyi şərtlərə çıxış əldə edə bilmirlər. Tender satınalmaları bu gün tikinti, daşınma, xidmət sektorlarında effektiv təkliflərin toplanması, onların analizi üçün ən populyar bir prossesdir ki, dünyanın qabaqcıl bankları (EBRD, ADB, IsDB, IBRD, KFW, EIB və s.) daxil olmaqla dövlət qurumlarının istifadə etdiyi ən geniş üsuldur. Beynəlxalq tenderlər əsasən 3 üsulda həyata keçirilir: Prequalification (Single Stage), Tender (Single Stage), Two Stage Tender ( PQ & Tender). PQ single stage (Prekvalifikasiya)-da daha çox iddiaçının texniki şərtləri və maliyyə durumları qiymətləndirilir. İddiaçının keçirilən tenderə aid keçmişdə gördüyü işlər, maliyyə vəziyyəti, maddi texniki bazası, mütəxəssis heyəti, Keyfiyyət proseduru, SƏTƏM proseduru, lisenziyaları araşdırılır və tender iddiası üçün bank zəmanəti tələb edilir. Tender single stage-də PQ-dan keçmiş iddiaçıların müvafiq tenderə verdikləri qiymət təklifləri, işlərin icra olunma üsulları, iş qrafikləri və s. kimi kəmiyyət və keyfiyyət göstəriciləri araşdırılır. Two Stage Tender (PQ & Tender)-də yuxarıda sadalanan bütün prosseslər tələb olunur və Sifarişçiyə bir paketdə təqdim olunur. “MİNOR BUSİNESS GROUP” MMC şirkəti bu sahədə geniş təcrübəyə malik mütəxəssislərə malik olmaqla, beynəlxalq və yerli maliyyə qurumları tərəfindən maliyyələşdirilən layihələr üçün elan olunmuş tenderlərdə xidmətlərini təklif edir:

  • • Tender şərtlərinin araşdırılması;
  • • Tender şərtləri toplusunda tələb olunan kriteryalara uyğun şirkətlərin tapılması, Konsorsiumun yaradılması, birgə fəaliyyətin (JV) təşkili;
  • • Tender şərtləri toplusuna uyğun sənədlərin hazırlanması;
  • • Tenderə çıxarılmış layihə ilə bağlı mütəxəssislər tərəfindən texniki araşdırmanın aparılması;
  • • Qiymət təklifinin və analizinin hazırlanması.