Tikinti sahəsində hüquqi müşaiyət

Tikinti sahəsində hüquqi müşaiyət

İstənilən tikinti prosesi üçün vacib aspektlərdən biri tikintinin hüquqi müşayiətidir. Tikintinin müşayiəti bu sahədə geniş təcrübi səriştə tələb edir. “MİNOR BUSİNESS GROUP” MMC artıq bir çox böyük tikinti layihələri ilə işləyərək bu sahədə geniş təcrübə toplamışdır. Məhz bu təcrübə sayəsində əminliklə deyə bilirik ki, tikinti layihələrini böyük effektivliklə müşayiət edə bilirik. Məlumdur ki, tikinti layihələrini realizə edərkən qanunvericiliklə nəzərdə tutulan çoxsaylı prosedur və qaydalara riayət etmək lazımdır. Bu baxımdan investorlar və tikinti şirkətləri üçün hüquqi müşayiət böyük əhəmiyyət kəsb edir. Tikinti sahəsində mövcud olan incəliklərə diqqət yetirilməsi müstəsna olaraq peşəkarlıq tələb edir. Tikinti sahəsində müşayiətin vacib məqamlarından biri tikinti üçün sənədlər paketinin hazırlanması və razılığın əldə edilməsidir. Sizin tikinti layihələrinin realizəsi üçün bütün işlər əvvəldən sonunadək “MİNOR BUSİNESS GROUP” MMC tərəfindən həyata keçiriləcək. Eyni zamanda Biz müştərilərimizin maraq və mənafelərini kommersiya təşkilatlarında, məhkəmələrdə təmsil və müdafiə edirik. Tikinti şirkəti olaraq Siz müxtəlif formal sənədləşdirmə işlərinə artıq vaxt sərf etmədən öz tikinti layihələrinizin icrasını həyata keçirəcəksiniz. “MİNOR BUSİNESS GROUP” MMC tikinti layhələrinin müşayiəti ilə bağlı aşağıdakı xidmətlərini təklif edir:

  • • Layihələrin icra potensialının qiymətləndirilməsi;
  • • Tikinti layihələrinin bütün mərhələlərində kompleks hüquqi müşayiət;
  • • Müxtəlif xarakterli tikinti layihələrinin sənədlər paketinin hazırlanması;
  • • Tikinti layihələrinin analizi, risklərin müəyyən olunması, investorların və ya podratçının risklərinin minimuma endirilməsi ilə bağlı konsaltinq;
  • • Daşınar və daşınmaz (qeyd. tələb olunan) əmlakla bağlı mülkiyyət hüququnun rəsmiləşdirilməsi;
  • • Layihənin bütün iştirakçılarının maraq və mənafelərinə riayət olunmasına nəzarət mexanizminin hazırlanması;
  • • Tikinti ilə bağlı müxtəlif xarakterli müqavilələrin hazırlanması (tikinti investisiya, tikinti podrat, subpodrat, texniki nəzarət, tapşırıq, daşıma və s. müqavilələr);
  • • Tikinti və investisiya fəaliyyəti zamanı hüquqi risklərin qiymətləndirilməsi.
“MİNOR BUSİNESS GROUP” MMC tikinti mübahisələri ilə bağlı aşağıdakı xidmətlərini təklif edir:
  • • Dövlət orqanlarında təmsilçilik;
  • • Tikintini nizamlayan qanunvericilik aktlarının tətbiqi;
  • • Tikinti ilə bağlı məhkəməyəqədər və məhkəmə mübahisələri zamanı təmsilçilik;
  • • Məhkəməyə iddia ərizələrinin və pretenziyaların hazırlanması;
  • • Qarşı tərəfin maliyyə durumunun və layihəni realizə qabiliyyətinin yoxlanılması;
  • • Müqavilə üzrə öhdəliklərin məhkəmə qaydasında icrasının tələbi, müqavilə şərtlərinin dəyişdirilməsi və müqavilənin etibarsızlığı ilə bağlı tələbin məhkəmə qaydasında mübahisələndirilməsi.