Hüquq xidmətləri

Hüquq xidmətləri

Hüquqi və fiziki şəxslərin iştirakı ilə cəmiyyətin təsis edilməsi, hüquqi sənədlərin tərtib olunması və ekspertizası, məhkəmələrdə təmsilçilik və hüquqların müdafiəsinin həyata keçirilməsi və bu istiqamətdə digər işlərin görülməsi.

Hüquq sahəsində aşağıdakı xidmətləri həyata keçirir:

Şirkətlərin təsis edilməsi və dövlət qeydiyyatına alınması üzrə

  • hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
  • təsis sənədlərində edilmiş dəyişikliklərin (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
  • nizamnamə kapitalındakı payların digər şəxslərə keçməsinin həyata keçirilməsi;
  • hüquqi şəxsin yenidən təşkili;
  • hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının ləğvi və reyestrdən çıxarılması və s.
  • müqavilələrin hazırlanması, hüquqi məsləhətlərin verilməsi;
  • şirkət fəaliyyəti ilə əlaqədar bütün növ hüquqi məsləhət və xidmətlər;

Müəssisə və təşkilatların idarəetmə münasibətləri üzrə:

  • İR idarəetmə sisteminin qurulması;
  • idarəetmə üzrə məsləhət xidmətləri;
  • struktur bölmələrin əsasnamələrinin hazırlanması;
  • vəzifə təlimatlarının hazırlanması və ekspertizası s.

Xüsusi razılıq tələb edən hüquq münasibətləri üzrə:

  • mülki məhkəmə icraatının müvafiq mərhələlərində iştirak;
  • məhkəmədə iddiaçı və ya cavabdeh qismində maraqların müdafiəsi məqsədilə təmsilçilik;
  • iddia ərizələrinin, etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsi;
  • əmlak (ev, torpaq sahəsi) obyektlərinin hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı hüquqların müdafiəsi üzrə hüquqi xidmətlər;
  • hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin həyata keçirilməsi və s.

Mülki hüquq münasibətləri üzrə:

  • mülki hüquqların müdafiəsi;
  • dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktlarının etibarsız hesab edilməsi barədə yardım;
  • şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi;
  • daşınar və daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı;
  • məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi;
  • daşınmaz əmlak mülkiyyətçisinin dəyişdirilməsi ilə əlaqədar hüquqların dövlət qeydiyyatına alınması;
  • bank və ya bank olmayan kredit təşkilatları ilə girov və ipoteka münasibətlərinin tənzimlənməsində iştirak;
  • qanunvericiliyə uyğun olaraq, mülki dövriyyənin bütün sahələri üzrə əqdlərin, müqavilələrin tərtibi, təhlili (analizi) və s.;
  • müəssisə və təşkilatların müqavilə üzrə öhdəliklərinin icrasında iştirak;
  • qarantiyaların əldə edilməsində iştirak;
  • sığorta hüquq münasibətlərinin həyata keçirilməsində iştirak və s.

Əmək hüquq münasibətləri üzrə:

  • əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının tənzimlənməsi;
  • əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
  • kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsində ekspert qismində iştirak və zəruri məsləhət və rəylərin verilməsi;
  • əmək müqaviləsinin tərtibi və onun elektron qeydiyyatdan keçirilməsi;
  • əmək şəraiti, əmək funksiyalarının müəyyən olunması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
  • işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin tənzimləməsində hüquqi xidmətlərin göstərilməsi;
  • əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
  • müəssisədə işçilərin ixtisar aparılmasının hüquqi tənzimlənməsi ;
  • kadr kargüzarlığının aparılması;
  • əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
  • işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
  • əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
  • kollektiv əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
  • fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
  • işçilərin sosial sığorta olunmasının tənzimlənməsi;
  • əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli və s.

Vergi hüquq münasibətləri üzrə:

  • fərdi sahibkar qismində fiziki şəxslərin vergi orqanlarında qeydiyyatdan keçirilməsi;
  • vergi orqanının qərarlarından şikayət verilməsi;
  • vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi və tədbirlərin görülməsi;
  • müəssisə (təşkilat) ləğv edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi və s.

Ailə hüquq münasibətləri üzrə:

  • nikaha xitam verilməsinə (etibarsız sayılmasına) dair mübahisələrin məhkəmyəqədər və məhkəmə qaydasında həlli;
  • ər-arvadın əmlakının qanuni rejimi, birgə mülkiyyət (əmlak), ər-arvadın ümumi əmlakının bölünməsi və payların müəyyən edilməsi ilə bağlı meydana gələn mübahislərin həlli;
  • ər-arvadın mülkiyyətinin müqavilə rejimi, nikah müqaviləsinin tərtib edilməsi, mübahisələrin (nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi) həlli;
  • uşağın mənşəyinin müəyyən edilməsi, atalığın (analığın) tanınması faktının müəyyən olunması və bu sıradan olan mübahisələrin həlli;
  • uşağın əmlak və digər hüquqları, uşağın müdafiə hüququ və digər məsələlərlə bağlı məsləhətlərin verilməsi;
  • valideynlik hüquqlarının müdafiəsi istiqamətində məsləhətlərin verilməsi, təmsilçilik;
  • uşaqların (ər-arvadın, yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacıların, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənələri, ögey ata və ananın, ailənin başqa üzvlərinin) saxlanılması üçün alimentin tutulması, alimentin ödənilməsi barədə saziş və digər məsələlərlə bağlı hüquqi yardımın göstərilməsi və təmsilçilik;
  • övladlığa götürülmə və onun ləğvi, qəyyumluq və himayənin təyin edilməsi istiqamətində hüquqi yardımın təşkili;
  • ailə qanunvericiliyinə dair məsləhətlərin verilməsi və s.

Mənzil hüquq münasibətləri üzrə:

  • mənzil münasibətləri, mənzil toxunulmazlığı, yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquqları (vəzifələri) və bu münasibətlərdən irəli gələn mübahisələrin həlli;
  • yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair hüquqi məsləhətlərin verilməsi;
  • yaşayış sahəsinin sosial kirayəsi, xüsusi təyinatlı mənzil fondu, mənzil-tikinti kooperativində payçılıq, yaşayış sahələrinə (kommunal xidmətlərə) görə ödəmələr və bu məsələlərə dair mübahisələrin həlli istiqamətində hüquqi məsləhətlərin (rəyin) verilməsi ( və təmsilçilik) və s.