İş yerlərinin attestasiyası

İş yerlərinin attestasiyası

         Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixində  qəbul etdiyi qərara əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq  iş yerlərində təhlükəsiz və sağlam iş şəraitinin yaradılması   məqsədilə bütün müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının 5 ildə bir dəfədən az olmayaraq keçirilməsi mütləqdir. Belə ki, iş yerlərinin attestasiyasının normativ əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsi və onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş, normativ hüquqi aktlar, əməyin təhlükəsizlik standartları sistemi, sanitar qaydaları, normaları və gigiyena normativləri təşkil edir.

     “Minor Business Group” MMC  işəgötürənlərə iş yerlərinin attestasiyasının aparılmasına dair  istiqamətlərin düzgün seçilməsində  öz  xidmətlərini təklif edir.

      Əlavə olaraq  müəssisə rəhbərlərinin nəzərinə çatdırmaq istəyirik ki, AR Əmək Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işəgötürənlər əmək şəraitindən asılı olmayaraq iş yerlərinin attestasiyasını keçirməlidirlər. Eləcə də, bildiririk ki, AR İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq işəgötürənlər tərəfindən iş yerlərinin attestasiyasının keçirilmə qaydalarının pozulmasına görə cərimə sanksiyaları  nəzərdə tutulmuşdur.