Miqrasiya xidmətləri

Miqrasiya xidmətləri

 

     Dünyada milyonlarla insan öz vətəninin hüdudlarından kənarda yaşayır, oxuyur və yaxud da işləyir. Bəlkə, siz də onlar kimi hərəkət etmək, başqa ölkəyə getmək istəyirsiniz. Ancaq qəti qərar qəbul etməzdən əvvəl mütləq etibarlı informasiya mənbələrinə müraciət edərək "lehinə" və "əleyhinə" olan bütün amilləri ciddi  ölçüb-biçmək lazımdır. Miqrantlar yad ölkələrdə ciddi problemlərlə qarşılaşır, iş tapa bilmir, həkimə müraciət etmək imkanından məhrum olur, deportasiya təhlükəsi ilə üzləşirlər.  Bütün bu kimi problemlərdən azad  olmaq  üçün “Minor Business Group” MMC Azərbaycan Respublikasının  Miqrasiya haqqında qanununun  tələblərinə uyğun  olaraq , əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin  Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün  fərdi və müvəqqəti yaşama icazələrinin  alınmasına dair sənədlərin  hazırlanması  və  Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi xidmətlərini təklif edir.