Vergi planlaşdırlması

Vergi planlaşdırlması

Vergi planlaşdırılması zərurəti müxtəlif situasiyalar üçün konkret vergi rejimləri nəzərdə tutan, vergitutma bazasının hesablanması üçün müxtəlif üsullardan istifadəyə imkan verən və vergi ödəyicilərinə müxtəlif güzəştlər təklif edən vergi qanunvericiliyində öz əksini tapmışdır. Vergi planlaşdırılmasının məqsədi vergi ödənişlərini minimallaşdırmaq imkanı verən yolun seçilməsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.3-cü maddəsinə əsasən vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək vergi ödəyicisinin hüquqlarına aiddir. Lakin vergi planlaşdırılmasını yalnız qanunvericiliyin pozitiv və neqativ cəhətlərini bilmək hesabına həyata keçirmək olmaz. Bu zaman vergi yükünün azaldılmasının bütün qanuni imkanlarından, vergi planlaşdırılmasının elementlərindən də istifadə etmək zəruridir.

Vergi planlaşdırılmasının elementlərinə aşağıdakılar daxildir :

Mühasibat və vergi uçotunun vəziyyəti;
Uçot siyasəti;
Vergi güzəştləri və müqavilələrin təşkili;
Vergi nəzarəti;
Vergi təqvimi;
Optimal idarəetmə strategiyası və bu strategiyanın reallaşdırılması planı;
Güzəştli vergitutma rejimləri;
İmitasiya maliyyə modelləri;
Vergi menecmentinin hesabat-analitik fəaliyyəti və s.