• info@minorgroup.az
  • + 994 70 255 09 20
1. Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. 2. Ümumi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünü onun bütün alt növlərinin hər biri üçün ayrılıqda xüsusi lisenziya almadan həyata keçirmək hüququ verən lisenziyadır. 3. Xüsusi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququ verən lisenziyadır.
Ərizəçi – lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə ilə müraciət edən, təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkardır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tabeliyində olan KOB evləri, “Lisenziyalar və icazələr” portalı və 11 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Quba, Qəbələ, Masallı, Mingəçevir, İmişli və Şəki) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir.
ərizə; • ərizəyə əlavə olunan sənədlər. Ərizəyə ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. • Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər (Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarı).