Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri

Dövlət rüsumu:

550 manat

Lisenziyanın qüvvədə olma müddəti:

Müddətsiz
Tələb olunan sənədlər:
  • 1. Lisenziya almaq üçün Ərizə.
  • Ərizədə aşağıdakı məlumatlar əks olunur:

  • ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı);
  • ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı;
  • tələbin qısa məzmunu;
  • ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
  • hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü;
  • ərizəyə əlavə olunan sənədlərin siyahısı;
  • 2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • 3.ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin siyahısı


1. Xüsusi torpaq işləri:

  • 1.1 ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi
  • 1.2 enmə quyularının və kessonların qurulması
  • 1.3 qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması
2.Beton və dəmir-beton konstruksiyaların quraşdırılması
3.Metal konstruksiyaların quraşdırılması
4.Ağac konstruksiyaların quraşdırılması
5.Fasad işləri
6.Svay işləri
7.Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri

8.Hidrotexniki işlər:

  • 8.1. sualtı-texniki işlər
  • 8.2. dambaların (torpaq bəndlərin) tikintisi
  • 8.3. limanların tikintisi
  • 8.4. pirslərin tikintisi
  • 8.5. sahilbərkitmə işləri
  • 8.6. su anbarları

9.Yol tikintisi:

  • 9.1 avtomobil yolları
  • 9.2 aerodromların uçuş-enmə zolaqları
  • 9.3 elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları
  • 9.4 nəqliyyat tunelləri və metropolitenlər
  • 9.5 dəmiryol xətləri
10.Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi

11.Xüsusi qurğuların tikintisi və quraşdırılması:

  • 11.1 radiorabitə, radio və televiziya qurğuları və qüllələr
  • 11.2 rezervuarlar və qazholderlər (qaz anbarları)
  • 11.3 elektrik ötürücü xətləri

12. Sənaye və mülki obyektlərin tikintisi::

  • 12.1 aşırımı 24 metrədək
  • 12.2 aşırımı 24 metr və daha çox
  • 12.3 hündürlüyü 65 metrədək
  • 12.4 hündürlüyü 65 metr və daha çox
  • 12.5 tutumu 5 min nəfərədək
  • 12.6 tutumu 5 min nəfər və daha çox