Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

Dövlət rüsumu:

550 manat

Lisenziyanın qüvvədə olma müddəti:

Müddətsiz
Tələb olunan sənədlər:
  • 1. Lisenziya almaq üçün Ərizə.
  • Ərizədə aşağıdakı məlumatlar əks olunur:

  • ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı);
  • ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı;
  • tələbin qısa məzmunu;
  • ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
  • hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü;
  • ərizəyə əlavə olunan sənədlərin siyahısı;
  • 2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • 3.ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin SIYAHISI

1. Ərazi planlaşdırması

  • 1.1 Ümumi planlar və yaşayış məntəqələrinin baş planlarının hazırlanması
  • 1.2 Müfəssəl planların hazırlanması

2.Tikinti obyektlərinin memarlıq layihələndirilməsi

  • 2.1 Bina və qurğuların memarlıq layihələndirilməsi
  • 2.2 Memarlıq abidələrinin bərpası
3.İnşaat konstruksiyalarının layihələndirilməsi

4.Nəqliyyat qurğularının layihələndirilməsi:

  • 4.1 Dəmir yollarının layihələndirilməsi
  • 4.2 Tunel, körpü və yolötürücülərinin layihələndirilməsi
  • 4.3 Avtomobil yollarının layihələndirilməsi
  • 4.4 Aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi
  • 4.5 Metropolitenlərin layihələndirilməsi
  • 4.6 Magistral boru kəmərlərinin layihələndirilməsi
5. Hidrotexniki qurğuların layihələndirilməsi
6. Meliorasiya qurğularının layihələndirilməsi

7. Mühəndis sistemlərinin layihələndirilməsi:

  • 7.1 Yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi
  • 7.2 Elektrik təchizatı sistemlərinin layihələndirilməsi
  • 7.3 Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi
  • 7.4 İstilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi
  • 7.5 Rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi
  • 7.6 Nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi

8.Layihələrin xüsusi bölmələrinin işlənilməsi:

  • 8.1 Tikintinin təşkilinin layihələndirilməsi
  • 8.2 Smetaların tərtib edilməsi

9.Bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi:

  • 9.1 Bina və qurğuların müayinəsi
  • 9.2 Mühəndis sistemlərinin müayinəsi
10. Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə)