Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

Dövlət rüsumu:

550 manat

Lisenziyanın qüvvədə olma müddəti:

Müddətsiz
Tələb olunan sənədlər:
  • 1. Lisenziya almaq üçün ərizə və ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birgə); Ərizədə aşağıdakı məlumatlar əks olunur:
  • ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı);
  • ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı;
  • tələbin qısa məzmunu;
  • ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
  • hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü;
  • ərizəyə əlavə olunan sənədlərin siyahısı;
  • 2. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (əsli ilə birgə);
  • 3. Hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin dövlət reyestrindən çıxarışının surəti (əsli ilə birgə);

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərininin siyahısı

  • 1. Mühəndis-geodeziya işləri
  • 2. Mühəndis-geoloji axtarış işləri
  • 3. Mühəndis-hidrogeoloji axtarış işləri
  • 4. Geofiziki işlər
  • 5. Qruntların laboratoriya tədqiqatı