İcazənin adı
Yanğından mühafizə fəaliyyəti: yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsinə lisenziya verilməsi


İcazənin verilməsinə görə ödənişin məbləği

1800 manat (fəaliyyət yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə -  900 manat)

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nin 26.2-ci yarımbəndi.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı
10 (on) iş günü


İcazənin güvvədə olduğu müddət
müddətsiz

İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Lisenziya almaq üçün ərizə;

2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

4. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

5. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;

6. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa (və ya peşə hazırlığına) malik olmaları haqqında sənədin surəti;

7. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış;

8. istifadə olunan maddə və materialların uyğunluq sertifikatlarının surətləri.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını)

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununa 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 16.2-ci maddəsi;

- “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi;

- Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə şərtlər”in 39-cu bəndi.