Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

Dövlət rüsumu:

1100 manat

Lisenziyanın qüvvədə olma müddəti:

Müddətsiz
  • 1. Lisenziya almaq üçün Ərizə.

Ərizədə aşağıdakı məlumatlar əks olunur:

Tələb olunan sənədlər:
  • ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı);
  • ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı;
  • tələbin qısa məzmunu;
  • ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
  • hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü;
  • ərizəyə əlavə olunan sənədlərin siyahısı;
  • 2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • 3.ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;