certification background
arrow icon Back

ISO 22000:2018

ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi nədir?

ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi ilə təhlükəsiz və güvənli
qidaların istehsalı və təmini sağlıq qidalanmasının ən əsas və imtina edilməz
ünsürüdür. Bu məqsədlə günümüzdə istehsalçılar, topdan və pərakəndə satış
təşkilatlarının daxil olduğu müxtəlif qruplar, akademiyalar və rəsmi qurumlar
tərəfindən müxtəlif kontrol metodları və yanaşmaları inkişaf etdirilmişdir ki,
bunlardan biri də ISO 22000 Qida Təhlükəsizliyi Standartıdır. Əvvəlki metodlarda
ISO 22000 tətbiq olunmadığı üçün təhlükəsiz qida istehsalının reallaşdırılması üçün
alınan önləmlərin ümumiyyətlə son məhsuldakı kontrollar olduğu görsənməkdədir.
ISO 22000 Standartı tətbiq edilmədiyinə görə son məhsullarda edilən kontrollar
məhsulun son vəziyyətindəki mövcud xətaları və təhlükələri göstərməkdədir.
ISO 22000 Standartının qəbul olunması üçün günümüzdə təhlükəsiz qida istehsalı
üçün xammaddələr, qatqılar, köməkçi digər maddələr və qablaşdırma vəsaitlərinin
istehsalından başlayaraq tədarükçülərin seçimi və dəyərləndirilməsi, müəssisəyə
qəbulunu, istehsal mərhələlərini, son saxlama və çatdırılma daxil olmaqla kontrol
altında saxlayan bir yanaşmanın lazımlılığı ortaya çıxmışdır. ISO 22000:2018 Qida
Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı və HACCP (Hazard Analysis and Critical
Control Points - Təhlükə Analizləri ve Kritik Kontrol Nöqtələri) Sistemi bu
yanaşmalardan biridir. Müxtəlif ölkələrin rəsmi orqanları və beynəlxalq
standartlaşma təşkilatları ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və
HACCP Sisteminə yönəlik önəmli işlər etmişlər və standartlar nəşr etdirmişlər.
ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və HACCP qavramının ortaya
çıxışının 30 ildən çox olmasına və beynəlxalq keçərliliyinin olmasına baxmayaraq
bu zamanda ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və HACCP
Sistemi üçün dünyaca qəbul olunacaq ortaq və geniş bir standart yaradılmamışdır.
ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartından öncə beynəlxalq
bazarlarda isə hər bir ölkənin özünün qida təhlükəsizliyi ilə bağlı standartı mövcud
idi, lakin bu ölkələrin birbirlərinə uyğun məhsul istehsalında problemlər yaradırdı.
Bunun üçün Beynəlxalq Standartlaşma Təşkilatı (ISO) qida təhlükəsizliyi ilə bağlı
ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartını yaratmışdır. Qida
təhlükəsizliyini tətbiq edən şirkətlər rahat ISO 22000:2018 Beynəlxalq Sertifikatını
ala bilərlər.
ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin əsas yanaşması
istehlakçının qida qaynaqlı xəstəliklərə məruz qalmaması üçün inkişaf etdirilmiş,
qida zənciri içərisindəki bütün prosesləri kontrol altında tutan önləyici bir sistemin
şirkətlərdə tətbiq edilməsidir. Şirkətlərdə ISO 22000:2018 Qida Təhlükəsizliyi
İdarəetmə Sistemi istehsal kontrolu, məhsul kontrolu, avadanlıq kontrolu (baxış və
gigiyena), çalışan və ziyarətçi gigiyenası, daşıma, anbara saxlama, məhsul məlumatı,
tədris, tədarükçü seçimi və dəyərləndirilməsi, əlaqələr və oxşar mövzuları əhatə edir.
Qida sənayesində hər bir qurum öz kontrolu altında ISO 22000:2018 qida
təhlükəsizliyi standartını təmin edəcək şəraiti reallaşdırmalıdır. Ön şərtlər
proqramları (Prerequisite Programmes-PRPs), ISO 22000 Qida Təhlükəsizliyi
İdarəetmə Sisteminin sağlam bünövrəyə yerləşməsini təmin edən proqramlardır.
Ön şərtlər proqramları və ISO 22000 təhlükəsiz qida istehsalındakı əsas, çevrəsəl və
istehsal şərtlərinin kontrol altında alınmasını təmin etməkdədir.