“MİNOR ŞİRKƏTLƏR QRUPU” haqqında
"MİNOR ŞİRKƏTLƏR QRUPU" 2017-ci ildə "MİNOR BUSİNESS GROUP" MMC adı altında fəaliyyətə başlamışdır. Şirkətin təməli güclü komanda, dayanıqlı inkişaf strategiyası və "Güvən" əsas dəyəri üzərində qurulmuşdur. Başlanğıcda sahibkarlıq subyektlərinə lisenziyaların verilməsi üzrə hüquqi konsaltinq xidmətləri göstərən şirkət, qısa zamanda peşəkar fəaliyyətinin bütün sahələrinə bu etibar prinsipini tətbiq etmişdir. Əməkdaşların sertifikasiyalı proqramlara, təlim və seminarlara cəlb edilməsi ilə onların peşəkarlığı artırılmış, bu da "MİNOR BUSİNESS GROUP"u etibarlı və prestijli bir tərəfdaşa çevirmişdir. Hazırda şirkət müştərilərin hüquqi risklərini minimuma endirmək üçün strateji yanaşmalar formalaşdırır, mübahisələrin həlli, müqavilələrin hazırlanması və hüquqi məsləhətlərin verilməsi sahəsində geniş təcrübəyə malikdir. Müştəri məmnuniyyəti və etibarı şirkətin əsas prioritetidir.
Fəaliyyət sahələrinin genişləndirilməsi
1. Elektronika pərakəndə satışı: "MİNOR ELECTRONİCS"
2018-ci ildə "MİNOR ELECTRONİCS" MMC mağazalar şəbəkəsinin təməlinin qoyulması ilə "MİNOR ŞİRKƏTLƏR QRUPU" ailəsi formalaşmışdır. İlk filial Mingəçevir şəhərində açılmışdır. Bu layihədə də loyallıq, etibar və güvən anlayışları əsas götürülmüşdür. Şirkət müasir texnologiyaların sürətli inkişafına uyğun olaraq müştərilərin ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşidi təqdim edir. Elektronik cihazlar, aksessuarlar, iri və xırda məişət avadanlıqları ilə müştərilərin həyatını asanlaşdırmaq hədəflənir. Mağaza şəbəkəsi müştərilərə yeni və innovativ məhsullar təqdim etməklə yanaşı, onların texnoloji biliklərini artırmağa da dəstək olur. Ödənişsiz çatdırılma və servis xidmətləri ilə müştəri məmnuniyyəti təmin edilir. Növbəti illərdə Bərdə, Ağdaş, Xırdalan və Sabunçu rayonlarında açılan filiallar vasitəsilə müştərilərə daha da yaxınlaşılmışdır. Şirkət öz brendləri və çoxçeşidli məhsul bazası ilə fərdi şəxslərlə yanaşı, bir sıra iri şirkət və qurumların da korporativ tərəfdaşına çevrilmişdir. 2022-ci ildə "Wooner", 2024-cü ildə isə Malayziya brendi olan "Fujiaire" məhsulları ölkəyə gətirilərək rəsmi distribütorluğu əldə edilmişdir. Daha sonra "Fujin" adı ilə öz brendi bazara təqdim olunmuşdur.
2. Tikinti və yenidənqurma: "MİNOR İNŞAAT"
2018-ci ildə "MİNOR İNŞAAT" MMC-nin yaradılması ilə tikinti və yenidənqurma layihələrinin hazırlanması prosesinə qoşulmuşdur. Peşəkar işçi heyəti ilə Astara rayonu Sərək kənd və Yardımlı rayonu A.Bağırov adına Vərdəgüz kənd tam orta məktəblərinin təmir və tikinti layihələri uğurla başa çatdırılaraq qısa müddətdə təhvil verilmişdir. Tikinti şirkəti fərdi yaşayış evlərinin tikintisi və cari təmir işlərini də uğurla həyata keçirir. Görülən işlərə verilən zəmanət və yüksək keyfiyyət şirkətin müştəri seqmentini müəyyən edən əsas amillərdəndir.
Uğur və gələcək hədəflər
Hazırda "MİNOR ŞİRKƏTLƏR QRUPU"na daxil olan hər üç şirkət həm fərdi, həm də korporativ müştərilərə xidmət göstərməklə öz adını doğruldur və yüksək tribunalarda diqqətə çatdırılır. Şirkət qazandığı bütün uğurları ölkə Prezidenti İlham Əliyevin apardığı mükəmməl və strateji iqtisadi siyasətin nəticəsi olaraq görür. Bu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. "MİNOR BUSİNESS GROUP"un əsas hədəflərindən biri də azad olunmuş Qarabağda filiallar açaraq ölkənin iqtisadi gücünün artırılmasına öz töhfəsini verməkdən ibarətdir. Şirkət bu uğur yolunda öz əzmini və bacarığını sərgiləyən bütün peşəkarlara və işçi kollektivinə dərin minnətdarlığını bildirir.


Minor Şirkətlər Qrupunun Baş Direktoru: Murad Kərimov