Tikinti-Quraşdırma Fəaliyyəti Üçün Lisenziya
İstənilən tikinti prosesi üçün vacib aspektlərdən biri tikintinin hüquqi müşayiətidir. “MİNOR BUSİNESS GROUP” MMC artıq bir çox böyük tikinti layihələri ilə işləyərək bu sahədə geniş təcrübə toplamışdır.
Məhz bu təcrübə sayəsində əminliklə deyə bilirik ki, tikinti layihələrini böyük effektivliklə müşayiət edə bilirik. Məlumdur ki, tikinti layihələrini realizə edərkən qanunvericiliklə nəzərdə tutulan çoxsaylı prosedur və qaydalara riayət etmək lazımdır. Bu baxımdan investorlar və tikinti şirkətləri üçün hüquqi müşayiət böyük əhəmiyyət kəsb edir.
Tikinti sənədlərinin hazırlanması və razılıqlar
Tikinti sahəsində mövcud olan incəliklərə diqqət yetirilməsi peşəkarlıq tələb edir və vacib məqamlardan biri tikinti üçün sənədlər paketinin hazırlanması və razılığın əldə edilməsidir.
Sizin tikinti layihələrinin realizəsi üçün bütün işlər əvvəldən sonadək “MİNOR BUSİNESS GROUP” MMC tərəfindən həyata keçiriləcək. Eyni zamanda biz müştərilərimizin maraq və mənafelərini kommersiya təşkilatlarında, məhkəmələrdə təmsil və müdafiə edirik.
Tikinti layihələrinin müşayiəti üzrə xidmətlər
“MİNOR BUSİNESS GROUP” MMC tikinti layhələrinin müşayiəti ilə bağlı aşağıdakı xidmətlərini təklif edir:
Layihələrin icra potensialının qiymətləndirilməsi
Tikinti layihələrinin bütün mərhələlərində kompleks hüquqi müşayiət
Müxtəlif xarakterli tikinti layihələrinin sənədlər paketinin hazırlanması
Tikinti layihələrinin analizi, risklərin müəyyən olunması, investorların və ya podratçının risklərinin minimuma endirilməsi ilə bağlı konsaltinq
Daşınar və daşınmaz (qeyd. tələb olunan) əmlakla bağlı mülkiyyət hüququnun rəsmiləşdirilməsi
Layihənin bütün iştirakçılarının maraq və mənafelərinə riayət olunmasına nəzarət mexanizminin hazırlanması
Tikinti ilə bağlı müxtəlif xarakterli müqavilələrin hazırlanması (tikinti investisiya, tikinti podrat, subpodrat, texniki nəzarət, tapşırıq, daşıma və s. müqavilələr)
Tikinti və investisiya fəaliyyəti zamanı hüquqi risklərin qiymətləndirilməsi
Tikinti mübahisələrinin həlli
“MİNOR BUSİNESS GROUP” MMC tikinti mübahisələri ilə bağlı aşağıdakı xidmətlərini təklif edir:
Dövlət orqanlarında təmsilçilik
Tikintini nizamlayan qanunvericilik aktlarının tətbiqi
Tikinti ilə bağlı məhkəməyəqədər və məhkəmə mübahisələri zamanı təmsilçilik
Məhkəməyə iddia ərizələrinin və pretenziyaların hazırlanması
Qarşı tərəfin maliyyə durumunun və layihəni realizə qabiliyyətinin yoxlanılması
Müqavilə üzrə öhdəliklərin məhkəmə qaydasında icrasının tələbi, müqavilə şərtlərinin dəyişdirilməsi və müqavilənin etibarsızlığı ilə bağlı tələbin məhkəmə qaydasında mübahisələndirilməsi
Tikinti lisenziyaları kimlərə lazımdır?
Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Bu layihələri isə yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq, yəni (lisenziya) almış hüquqi və ya fiziki şəxslər hazırlaya bilər.
Bundan başqa, yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və tikinti fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər podratçı kimi işləyə bilərlər. Mühəndis-axtarış işləri də qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almış şəxslər tərəfindən yerinə yetirilir.
Hansı obyektlərin tikintisi üçün lisenziya lazımdır?
Sənayə və mülki obyektlərin tikintisi zamanı aşağıdakı göstəricilər olduqda həmin tikinti üçün lisenziya alınması lazımdır:
Obyektin aşırımı 24 metrədək olduqda;
Obyektin aşırımı 24 metr və daha çox olduqda;
Obyektin hündürlüyü 65 metrədək olduqda;
Obyektin hündürlüyü 65 metr və daha çox olduqda;
Obyektin tutumu 5 min nəfərədək olduqda;
Obyektin tutumu 5 min nəfər və daha çox olduqda.
Tikinti lisenziyasını necə əldə etmək olar?
Ölkə qanunvericiliyinə əsasən bütün lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarların və şirkətlərin müraciətləri əsasında təqdim edilir.
Tikinti fəaliyyətinə lisenziyaların alınması üçün sahibkarlıq subyekti müxtəlif tələblərə cavab verməli, məsələn, onun sərəncamında lazımi kateqoriyaya aid texnika, lisenziyanın növündən asılı olaraq tələb olunan kvalifikasiyalı mühəndis və digər ixtisas sahibləri, anbar sahələri, ləvazimat və digərləri olmalıdır.
Lisenziyanın alınması prosesi bir neçə mərhələdən ibarətdir:
● tələb olunan sənədlərin toplanması;
● qeydiyyat orqanına ərizə təqdim edilməsi;
● şirkətin yoxlanılması;
● icazə sənədinin alınması.
Tikinti-quraşdırma işləri üçün tələb olunan sənədlər
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə lisenziya alınması üçün tələb olunan sənədlərin siyahısı:
Ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayış;
Ərizəçinin ştatında olan 5 mütəxəssisin müvafiq ixtisas üzrə ən azı 5 illik iş stajına malik olmaları haqqında sənədlərin (hər işçinin diplomu və əmək kitabçası) surəti;
Ərizəçinin ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti;
Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
Ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya, o cümlədən binalara və ya qeyri-yaşayış sahələrinə, tikinti avadanlıqlarına, nəqliyyat, texnoloji və təhlükəsizlik təminatı vasitələrinə, mexaniki və əl alətlərinə, daşınan enerji qurğularına və nəzarət-ölçü cihazlarına malik olması barədə arayış;
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);
Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növlərinin mülki məsuliyyətinin sığortalanmasını təsdiq edən sənədin (sığorta şəhadətnaməsinin) surəti;
Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Ərizə;
İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi (hər işçi üzrə).
Layihələndirmə işləri üçün tələb olunan sənədlər
Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyətinə lisenziya alınması üçün tələb olunan sənədlərin siyahısı:
Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün hüquqi şəxsin mülkiyyətində və ya qanuni istifadəsində qeyri-yaşayış sahəsinin (ofis və anbar) olmasını təsdiqləyən sənədlərin surəti;
Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);
Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı mütəxəssislərin, o cümlədən layihənin baş mühəndisi və ya baş memarının, memarının, konstruktorunun, mühəndis avadanlıqları, şəbəkələri və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və digər sahələr üzrə mütəxəssislərin (barəsində müvafiq ixtisasa malik olmaları haqqında sənəd təqdim edilən şəxslər) ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədlərin surəti;
Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
Ərizəçinin baş layihəçi funksiyasını həyata keçirmək üçün müvafiq ixtisas tələblərinə cavab verən daimi işləyən aparıcı mütəxəssisləri olmadıqda, həmin sahələr üzrə (layihənin baş memarı və ya baş mühəndisi istisna olmaqla) işlərin yerinə yetirilməsi məqsədi ilə müvafiq lisenziyaya malik olan hüquqi və ya fiziki şəxslə əməkdaşlıq haqqında bağlanmış müqavilənin surəti;
Ərizəçinin texniki-istehsalat heyəti haqqında arayış;
Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı mütəxəssislərin, o cümlədən layihənin baş mühəndisi və ya baş memarının, memarının, konstruktorunun, mühəndis avadanlıqları, şəbəkələri və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və digər sahələr üzrə mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;
Ərizəçinin layihə işlərinin keyfiyyətinə nəzarət sisteminin mövcudluğu barədə arayış;
Ərizə;
İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi (hər işçi üzrə).
Lisenziya alınma prosesi
Lisenziyanın alınma prosesi:
Tələb olunan kağız paketi toplamaq;
Ərizənin tənzimləyici orqana təqdim edilməsi;
İşçi heyətin ixtisasının və iş təcrübəsinin yoxlanılması;
Maddi-texniki bazanın və keyfiyyətə nəzarət səviyyəsinin bir neçə meyarlara uyğun olması ekspert komissiyası tərəfindən yoxlanılması;
Maddi-texniki bazaya baxış;
Dövlət rüsumunun ödənilməsi ilə lisenziyanı almaq.
Normativ baza və qanunvericilik
“Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI