Lisenziya nədir?
1. Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan
tərəfindən verilən rəsmi sənəddir.
2. Ümumi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünü onun bütün alt növlərinin hər biri üçün ayrılıqda
xüsusi lisenziya almadan həyata keçirmək hüququ verən lisenziyadır.
3. Xüsusi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək
hüququ verən lisenziyadır.
Ərizəçi kim ola bilər?
Ərizəçi – lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə ilə müraciət edən, təşkilati hüquqi formasından
asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkardır.
Hara müraciət edə bilərəm?
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin tabeliyində olan KOB evləri, “Lisenziyalar və icazələr” portalı və 11 “ASAN xidmət” mərkəzi
(5 saylı Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Quba, Qəbələ, Masallı, Mingəçevir, İmişli və Şəki) vasitəsilə
lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi
həyata keçirilir.
Tələb olunan sənədlər hansılardır?
Ərizə, ərizəyə əlavə olunan sənədlər. Ərizəyə ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi
olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda isə şəxsiyyət
vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd
olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin
surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. • Fəaliyyət növünün
xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər
(Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarı).